boxcollege loqosu
Təhsil müşavirliyi · Bakı

Xaricdə təhsili bizimlə planla.

SAT və YÖS hazırlığından və həmçinin attetstala müraciətlərdən universitet seçiminə, sənəd paketindən viza müsahibəsinə qədər — bütün mərhələləri bir yerdə aparırıq.

Bir baxışda

4ölkə üzrə qəbul: Türkiyə, ABŞ, Kanada, Çin
1600maksimal SAT balı — hədəfimiz 1400+
2imtahan istiqaməti: SAT və YÖS
100%sənəd paketinin yoxlanılması
SAT hazırlığı
YÖS hazırlığı
ADA qəbulu
Təqaüd müraciəti
Rəqəmlərlə Türkiyə

Doğum yerinə görə tələbə sayı

Kırşehir Ahi Evran Universitetində oxuyan tələbələrin doğulduğu şəhərlər. Şəhərin üstünə gətirin, həmin şəhərin tələbə sayı görünsün.

Xəritə yüklənir…

    Xəritəni yana sürüşdürün, şəhərin üstünə toxunun.

    Mənbə: Kırşehir Ahi Evran Universiteti, Öğrenci İşleri Daire Başkanlığı, Aralık 2025 dönemi (31.12.2025).

    Niyə boxcollege

    Ümumi məsləhət yox, sizin ssenariniz

    Qəbul prosesində ən çox vaxt itkisi səhv universitet siyahısı və gecikmiş sənədlərdən yaranır. Biz hər ikisini əvvəldən bağlayırıq.

    • Bir tələbə — bir müşavir: prosesi əvvəldən sona qədər eyni adam aparır.
    • Universitet siyahısı hədəf / uyğun / ehtiyat kateqoriyalarına bölünür.
    • Bütün son müraciət tarixləri təqvimə salınır, xatırlatma göndərilir.
    • Sənədlər müraciətdən əvvəl iki dəfə yoxlanılır — imla, tərcümə, apostil.
    • Təhsil və yaşayış xərcləri üçün real büdcə cədvəli hazırlanır.
    • Qəbuldan sonra da dəstək: yataqxana, qeydiyyat, ilk semestr.

    “Hansı universitet?” sualının cavabı balınızdan yox, hədəfinizdən başlayır.

    İlk görüşdə tələbənin orta balı, dil səviyyəsi, ixtisas marağı və ailə büdcəsi qeyd olunur. Bu dörd göstərici real şəkildə çatıla bilən universitet siyahısını müəyyən edir — sonra imtahan hazırlığının hədəfi də buna görə qoyulur.

    Komanda haqqında

    Proses

    Altı addımda qəbul

    Orta hesabla 8–12 ay çəkən yol. Hər addımın öz son tarixi və nəticəsi var.

    1. Profil analizi

      Orta bal, dil səviyyəsi, ixtisas marağı və büdcə müəyyən olunur. Nəticə: yol xəritəsi sənədi.

    2. İmtahan strategiyası

      SAT, YÖS və ya universitetin öz imtahanı seçilir, hədəf bal və hazırlıq təqvimi qoyulur.

    3. Universitet siyahısı

      8–12 universitetdən ibarət siyahı: hədəf, uyğun və ehtiyat variantları, xərc müqayisəsi ilə.

    4. Sənəd paketi

      Attestat, transkript, tərcümə və apostil, motivasiya məktubu, tövsiyə məktubları, CV.

    5. Müraciət və təqaüd

      Onlayn müraciətlər, təqaüd formaları, ödəniş və izləmə. Cavablar bir cədvəldə toplanır.

    6. Viza və köçmə

      Qəbul məktubu, viza sənədləri, müsahibəyə hazırlıq, yataqxana və ilk semestr qeydiyyatı.

    Suallar

    Ən çox verilən suallar

    Sualınızın cavabını tapmadınızsa, birbaşa yazın — bir iş günü ərzində cavablandırırıq.

    Xaricdə təhsil üçün nə vaxt hazırlığa başlamaq lazımdır?

    Ən uyğun vaxt 11-ci sinifdir. İmtahan hazırlığı (SAT və ya YÖS) adətən 6–9 ay, sənəd toplama və müraciət mərhələsi isə əlavə 3–4 ay çəkir. 12-ci sinifdə başlayanlar üçün də sıxlaşdırılmış plan qururuq, ancaq təqaüd şansı bir qədər azalır.

    SAT və YÖS arasında hansı fərq var?

    SAT ABŞ, Kanada və bir çox beynəlxalq universitetin qəbul imtahanıdır; ingilis dilində keçirilir və 400–1600 bal şkalası ilə qiymətləndirilir. YÖS isə Türkiyə universitetlərinin əcnəbi tələbələr üçün keçirdiyi imtahandır və əsasən riyaziyyat, həndəsə və məntiq suallarından ibarətdir — dil biliyi tələbi minimaldır.

    Təqaüdlə oxumaq mümkündürmü?

    Bəli. Türkiyə Bursları, Çinin CSC dövlət təqaüdü, ABŞ və Kanada universitetlərinin daxili təqaüdləri əsas variantlardır. Təqaüdlər imtahan balı, orta bal, motivasiya məktubu və bəzən müsahibə nəticəsinə görə verilir. Müraciət tarixləri qəbul tarixlərindən əvvəl bitir, buna görə planlaşdırma erkən başlamalıdır.

    İngilis dili sertifikatı mütləqdirmi?

    İngilisdilli proqramların əksəriyyəti IELTS və ya TOEFL tələb edir. Sertifikat olmadıqda iki yol qalır: universitetin öz dil imtahanını vermək və ya bir illik hazırlıq (foundation / dil ili) proqramına yazılmaq. Türkiyə və Çində bu variantlar geniş yayılıb.

    Xidmət haqqı necə hesablanır?

    Xidmət paketi seçilən ölkə sayından, imtahan hazırlığının daxil olub-olmamasından və təqaüd müraciətlərindən asılıdır. İlk konsultasiya ödənişsizdir və sonunda dəqiq təklif təqdim olunur — gizli ödəniş yoxdur.

    Növbəti addım

    Pulsuz konsultasiya ilə başlayaq

    30 dəqiqəlik görüşdə profilinizi qiymətləndirir, real universitet variantlarını və təqvimi göstəririk.