boxcollege loqosu
  1. Ana səhifə
  2. Xaricdə təhsil
  3. Kanada
İstiqamət · Kanada

Kanadada təhsil və sonrası

Kanadanın əsas üstünlüyü məzuniyyətdən sonrakı mərhələdir: PGWP iş icazəsi və iş təcrübəsi əsasında daimi yaşayış yolları.

Kanada bir baxışda

Viza
Study permit
Dil
IELTS · TOEFL · Duolingo
Təhsil dili
İngilis · fransız
Bakalavr
3–4 il
Sonra
PGWP (3 ilə qədər)
Semestr
Sentyabr · yanvar · may

Tanınmış universitetlər

UniversitetƏyalətGüclü sahələr
University of TorontoOntarioTibb, kompüter elmləri, biznes
University of British ColumbiaBritaniya KolumbiyasıMühəndislik, ətraf mühit, biznes
McGill UniversityKvebekTibb, hüquq, sosial elmlər
University of WaterlooOntarioKompüter, mühəndislik, co-op proqramları
University of AlbertaAlbertaNeft-qaz, mühəndislik, tibb
McMaster UniversityOntarioTibb, sağlamlıq elmləri
Western UniversityOntarioBiznes, tibb, hüquq

Qeyd: qəbul tələbləri və təhsil haqları hər il yenilənir — rəsmi saytdan yoxlayın.

Qəbul tələbləri

  • Attestat və transkript: son iki ilin qiymətləri əsas götürülür.
  • İngilis dili: bakalavr üçün adətən IELTS 6.5 (hər bölmədə 6.0). Güclü universitetlərdə tələb 7.0-a qalxa bilər.
  • SAT: əksər hallarda məcburi deyil, lakin bəzi proqramlarda üstünlük verir.
  • Motivasiya məktubu və CV: xüsusilə rəqabətli proqramlarda.
  • Portfolio: memarlıq, dizayn və incəsənət proqramları üçün.

Dil sertifikatı yoxdursa, bir çox universitet şərti qəbul (conditional offer) verir: əvvəlcə dil kursu, sonra əsas proqram.

Co-op proqramları

Kanadanın fərqli cəhətlərindən biri co-op modelidir — təhsil dövründə ödənişli iş təcrübəsi semestrləri. Waterloo bu modeldə ən tanınmış universitetdir. Co-op həm təcrübə, həm də təhsil xərclərinin bir hissəsini örtmək imkanı verir.

Study permit

  1. Təhsil müəssisəsindən qəbul məktubu (letter of acceptance).
  2. Maliyyə sübutu: təhsil haqqı və yaşayış xərcini örtən vəsait.
  3. Onlayn müraciət, biometrik məlumatlar və tibbi müayinə.
  4. Bəzi hallarda əlavə sənəd və ya müsahibə tələb oluna bilər.
  5. İcazə alındıqdan sonra sərhəddə tələbə statusu rəsmiləşdirilir.
Diqqət

Kanadanın tələbə icazəsi qaydaları son illərdə tez-tez yenilənir (maliyyə həddi, əyalət kvotaları və s.). Müraciətdən əvvəl cari tələbləri IRCC-nin rəsmi saytından yoxlayırıq.

Məzuniyyətdən sonra: PGWP

Post-Graduation Work Permit — Kanadada tanınmış təhsil müəssisəsini bitirənlərə verilən iş icazəsidir. Müddəti proqramın uzunluğundan asılıdır və üç ilə qədər ola bilər. Bu müddətdə toplanan iş təcrübəsi daimi yaşayış müraciətlərində əsas amillərdən biridir.

Proqram və məktəb seçimi birbaşa PGWP hüququna təsir edir — buna görə universitet siyahısını qurarkən bu meyarı da nəzərə alırıq.

Xərclər və təqaüdlər

Kanada baha istiqamətdir, lakin ABŞ-dan bir qədər aşağı. Yaşayış xərci Toronto və Vankuverdə ən yüksək, Kvebek və Prairies əyalətlərində daha münasibdir.

  • Entrance scholarship — orta bala görə avtomatik verilən qrantlar.
  • Universitet təqaüdləri — beynəlxalq tələbələr üçün ayrıca fondlar.
  • Co-op gəliri — iş semestrlərində əldə olunan maaş.
  • Kampus daxili iş — tələbə icazəsi ilə həftəlik məhdud saatda.

Tez-tez verilən suallar

Kanada üçün IELTS-də neçə bal lazımdır?

Bakalavr proqramlarının çoxu ümumi 6.5 və hər bölmədə minimum 6.0 tələb edir. Bəzi güclü universitetlərdə və rəqabətli proqramlarda tələb 7.0 olur.

Universitet, yoxsa kollec?

Kanadada kollec (college) peşəyönümlü təhsil verir və daha ucuzdur; universitet isə akademik dərəcə. Hər ikisi PGWP hüququ verə bilər, ancaq şərtlər proqramdan asılıdır. Hədəfiniz magistratura və ya elmi iş deyilsə, kollec praktik variant ola bilər.

Ailəmi özümlə apara bilərəmmi?

Bakalavr səviyyəsində bu imkan məhduddur; magistratura və doktorantura tələbələri üçün qaydalar daha əlverişlidir. Cari şərtlər tez-tez dəyişdiyi üçün müraciət anında yoxlanılır.

Study permit nə qədər vaxt aparır?

Baxılma müddəti ölkəyə və mövsümə görə dəyişir. Sentyabr semestri üçün müraciəti yaz aylarında tamamlamaq məsləhətdir ki, gecikmə riski olmasın.

Növbəti addım

Kanada müraciətinə başlayaq

Proqram seçimi, dil hədəfi və viza sənədləri — mərhələli plan.