boxcollege loqosu
  1. Ana səhifə
  2. SAT hazırlığı
İmtahan hazırlığı

SAT hazırlığı: 1600 ballıq imtahanın məntiqi

SAT ABŞ, Kanada və onlarla beynəlxalq universitetin qəbul imtahanıdır. 2024-cü ildən beynəlxalq iştirakçılar üçün yalnız rəqəmsal (Digital SAT) formatında keçirilir.

SAT bir baxışda

Format
Rəqəmsal, adaptiv
Bal şkalası
400 – 1600
Bölmələr
Reading & Writing · Math
Müddət
Təxminən 2 saat 14 dəqiqə
Təşkilatçı
College Board
Kalkulyator
Math bölməsində icazəli

SAT nədir və kimə lazımdır?

SAT (Scholastic Assessment Test) — orta məktəb məzunlarının universitetə hazırlıq səviyyəsini ölçən standart imtahandır. İmtahanı College Board təşkil edir və nəticə birbaşa universitetlərə göndərilir.

SAT balı sizə lazımdır, əgər:

  • ABŞ və ya Kanada universitetlərinə müraciət edirsinizsə;
  • Türkiyənin Koç, Sabancı, Bilkent kimi universitetlərinə YÖS əvəzinə SAT ilə daxil olmaq istəyirsinizsə;
  • ADA Universiteti və Azərbaycandakı ingilisdilli proqramlara müraciət edirsinizsə;
  • təqaüd müsabiqəsində rəqabətli olmaq istəyirsinizsə.

Digital SAT strukturu

İmtahan iki bölmədən ibarətdir və hər bölmə iki moduldan (mərhələdən) keçir. Birinci moduldakı nəticəniz ikinci modulun çətinliyini müəyyən edir — buna adaptiv format deyilir.

BölməSual sayıMüddətBal
Reading & Writing
2 modul
5464 dəqiqə200–800
Math
2 modul
4470 dəqiqə200–800
Cəmi98~2 saat 14 dəq.400–1600

Reading & Writing bölməsi

Qısa mətnlər üzərində qurulub. Hər sual bir mətnə aiddir — uzun oxu parçaları yoxdur. Mövzular: mətnin əsas fikri, sözün kontekstdəki mənası, dəlil seçimi, qrammatika və durğu işarələri, cümlələrin məntiqi bağlanması.

Math bölməsi

Cəbr, xətti və kvadrat funksiyalar, nisbət və faizlər, statistika, həndəsə və triqonometriyanın əsasları. Sualların təxminən 75%-i çoxvariantlı, qalanı isə cavabın özünüzün yazdığı (grid-in) tipdədir. Bütün bölmədə kalkulyatordan istifadə etmək olar.

Neçə bal kifayət edir?

Hədəf bal universitetdən asılıdır. Ümumi istiqamət:

Bal aralığıNə deməkdir
1000–1150Bir çox dövlət universiteti və Türkiyədəki bəzi proqramlar üçün kifayət edir.
1200–1350Yaxşı universitetlərdə rəqabətli; qismən təqaüd imkanı açılır.
1400–1500Güclü universitetlər və ciddi təqaüd müsabiqələri üçün hədəf aralığı.
1500+Ən seçmə universitetlərdə müraciəti gücləndirir.

Qeyd: universitetlərin qəbul balları hər il dəyişir. Müraciətdən əvvəl rəsmi saytdakı cari tələbləri yoxlamaq lazımdır.

İmtahan tarixləri və qeydiyyat

SAT ildə bir neçə dəfə — adətən mart, may, avqust, oktyabr, noyabr və dekabr aylarında keçirilir. Qeydiyyat College Board saytında şəxsi hesab açmaqla aparılır və yerlər tez dolur.

  1. College Board hesabı yaradılır və şəxsi məlumatlar pasportdakı kimi doldurulur.
  2. İmtahan tarixi və mərkəz seçilir, ödəniş edilir.
  3. İmtahandan əvvəl Bluebook proqramı quraşdırılır və sınaq keçirilir.
  4. Nəticələr adətən 2 həftə ərzində hesaba düşür və universitetlərə göndərilir.

boxcollege SAT hazırlığı necə qurulur?

Kurs diaqnostik imtahanla başlayır. Başlanğıc balı ilə hədəf bal arasındakı fərq hazırlığın müddətini və həftəlik yükünü müəyyən edir.

  • Diaqnostika: tam sınaq imtahanı və mövzu üzrə zəif nöqtələrin siyahısı.
  • Dərslər: həftədə 2 dərs — biri Math, digəri Reading & Writing.
  • Sınaq imtahanları: hər 2–3 həftədən bir tam formatda, real vaxt limiti ilə.
  • Bal analizi: hər sınaqdan sonra səhvlərin növü üzrə hesabat — diqqətsizlik, bilik boşluğu, vaxt itkisi.
  • Söz ehtiyatı: həftəlik akademik lüğət və kontekstdə istifadə tapşırıqları.
Hansı imtahanı seçim — SAT, yoxsa YÖS?

Hədəfiniz yalnız Türkiyədirsə, YÖS daha qısa yoldur. Türkiyə ilə yanaşı ABŞ, Kanada və ya Azərbaycandakı ingilisdilli proqramları da nəzərdən keçirirsinizsə, SAT bir imtahanla bir neçə qapı açır.

Tez-tez verilən suallar

SAT-da yaxşı bal neçədir?

1200+ bal bir çox universitet üçün kifayət edir, 1400+ bal isə güclü universitetlərdə və təqaüd müsabiqələrində rəqabətli sayılır. Maksimal bal 1600-dür.

Hazırlıq nə qədər vaxt aparır?

Orta müddət 6–9 aydır. Başlanğıc balı ilə hədəf arasındakı fərq 200 baldan çoxdursa, ən azı 9 ay planlaşdırmaq məsləhətdir. Həftəlik 6–8 saatlıq iş normal yükdür.

SAT-ı neçə dəfə vermək olar?

Say məhdudiyyəti yoxdur. Universitetlərin çoxu ən yüksək nəticəni nəzərə alır, bəziləri isə superscore tətbiq edir — yəni fərqli tarixlərdəki ən yaxşı bölmə ballarını birləşdirir. Adətən 2–3 cəhd optimal sayılır.

SAT balı neçə il etibarlıdır?

SAT nəticəsi hesabınızda qalır və universitetlərin böyük hissəsi son 5 il ərzindəki balları qəbul edir. Konkret müddət universitetin öz qaydasından asılıdır.

İmtahana öz noutbukumla girə bilərəmmi?

Bəli. Digital SAT şəxsi noutbuk və ya planşetdə, Bluebook tətbiqi vasitəsilə verilir. Cihazınız yoxdursa, imtahan mərkəzindən əvvəlcədən sifariş etmək olar.

Növbəti addım

SAT hazırlığına start verək

Diaqnostik sınaq və fərdi hazırlıq planı — ilk görüş ödənişsizdir.